среда, 23 мая 2012 г.

23 мая на Родине. Ana.

Учила стихи по азербайджанскому. Одно из них очень понравилось. Поделюсь)

Ana


Gecə hər kəs yataraq dincin alır...
Bəs o kimdir belə xoş layla çalır,
Kəsməyir bir an o, layla səsini?
Anadır, bəsləyir öz körpəsini.

Başı üstündə o tifilin dayanan,
Bəs o kimdir ürəyi gizli yanan,
Yayan ətrafa o şən nəğməsini?
Anadır, bəsləyir öz körpəsini.

Nə şirin, dadlı gülüşlərlə gülür,
Gözlərindən yenə şəfəq tökülür.
Anadır hər qadının yüksək adı,
Şəfəq adlı bir ipək var qanadı.

Onu övladının üstünə sərər.
Dinləyir aləm o layla səsini,
Belə bəslər analar körpəsini.
Mirvarid Dilbazi


Блестяще, по-моему. 

Комментариев нет: